ABŞ Prezidenti Donald Tramp bir daha bildirib ki, Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq istəyir, baxmayaraq ki, rusların hücumları davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Tramp "ABC News"a
müsahibəsində Putinin sülhə can atıb-atmadığı ilə bağlı suala cavab verərkən bildirib.
"Düşünürəm ki, bəli. Onun arzusu bütün ölkəni ələ keçirmək idi. Mənim sayəmdə bunu edə bilməyəcək", deyə o, bildirib.
Bununla yanaşı, ABŞ prezidenti rus diktatoruna etibar edib-etmədiyi ilə bağlı birbaşa sualdan yayınıb:
"Mən sizə də etibar etmirəm. Çox adama etibar etmirəm, amma düşünürəm, o, deyək ki, mənə hörmət edir və inanıram ki, mənim sayəmdə o, bütün Ukraynanı işğal etməyəcək. Onun qərarı Ukraynanın hamısını tutmaq idi".
ABŞ prezidenti həmçinin bildirib ki, Putinin Ukrayna şəhərlərinə raket atdığını görəndə heç də yaxşı olmamışdı və Putinin bir qədər başını qarışdırdığını istisna etməyib.
"Əminəm ki, o, döyüş əməliyyatlarını dayandırmağa hazırdır", deyə Ağ Evin rəhbəri əlavə edib.
Xatırladaq ki, cəmi iki gün əvvəl Tramp Rusiyanın Kiyevə raket zərbəsi endirməsindən və Putinin müharibəni dayandırmaq niyyətində olduğuna əmin olmamasından dolayı narazılığını ifadə etmişdi.
Alpər
Şərhlər