Xəbər lenti

ABŞ prezidenti avtomobillərə tətbiq edilən tarif yükünü yumşaltdı
Dünya 11:27 30.04.2025

ABŞ prezidenti avtomobillərə tətbiq edilən tarif yükünü yumşaltdı

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı avtomobil idxalına tətbiq olunan gömrük rüsumlarının yüngülləşdirilməsini nəzərdə tutan iki fərman imzalayıb. Bu addım kredit mexanizmləri və bəzi materiallar üzrə rüsumlardan azadolmaların birləşməsi vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, ABŞ-ın ticarət naziri administrasiyanın nail olduğu ilk beynəlxalq ticarət sazişi barədə məlumat verib.

Qaynarinfo bu barədə "Moscowtimes”a istinadla xəbər verir.

Tramp avtomobil istehsalçılarına ABŞ-da yığılan avtomobillərdə Amerika detallarının payını artırmaq üçün iki il vaxt verib.

Şirkətlər ABŞ-da istehsal etdikləri avtomobillərə görə 2026-cı ilin aprel ayına qədər tövsiyə olunan istehsalçı satış qiymətinin 3,75%-i miqdarında idxal olunan detallara görə ödənilmiş tariflərin kompensasiyasını alacaqlar. Bu göstərici 2027-ci ilin 30 aprel tarixinə qədər 2,5%-ə endiriləcək.

Ağ Ev bildirib ki, bu dəyişikliklər əvvəlki dövrdə tətbiq edilmiş və hər il ABŞ-a idxal olunan 8 milyon avtomobili əhatə edən 25%-lik rüsumlara şamil edilmir.

Bu arada ABŞ-ın ticarət naziri Hovard Lütni CNBC telekanalına bildirib ki, ABŞ xarici tərəfdaşla qarşılıqlı tariflərin azaldılmasına dair ilk razılığa gəlib, lakin həmin ölkənin adını açıqlamayıb.

"Saziş artıq əldə olunub, lakin onun təsdiqlənməsi həmin ölkənin baş naziri və parlamenti tərəfindən gözlənilir”, – deyə o qeyd edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->