Xəbər lenti

Alimlər Yer tarixində yaşamış ən iri kenquruların məhv olmasının səbəbini açıqladı
Dünya 22:20 29.04.2025

Alimlər Yer tarixində yaşamış ən iri kenquruların məhv olmasının səbəbini açıqladı

Avstraliyanın Vullonqonq Universiteti və Kvinslend Muzeyinin alimləri Yer üzündə yaşamış ən iri kenquru növlərindən biri olan - çəkisi 170 kiloqrama çatan protemnodonların nə üçün yoxa çıxdığını müəyyən ediblər. Alimlər hesab edirlər ki, bu nəhəng torbacı heyvanlar təbii mühitlərində baş verən kəskin iqlim dəyişikliyi nəticəsində məhv olublar. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar izotop analizi üsulundan istifadə edərək bu kenguruların dişlərinin kimyəvi tərkibini ərazidəki süxur nümunələri ilə müqayisə ediblər.

"Bu, sanki paleontoloji GPS izləyicisidir. Biz bu üsulla tək-tək fərdlərin hərəkət trayektoriyasını, qidalanmasını və hətta ölüm səbəblərini belə izləyə bilirik", deyə tədqiqatın həmmüəllifi Skott Hoknull bildirib.

Araşdırma göstərib ki, protemnodonlar əsasən Şərqi Avstraliyanın tropik meşəliklərində məskunlaşıb və oturaq həyat tərzi sürüblər. Lakin təqribən 300 min il əvvəl iqlimin kəskin şəkildə qurulaşması bu heyvanların geniş miqyasda miqrasiya edə bilməməsi ilə nəticələnib və bu da onların yox olmasına səbəb olub. Onlardan fərqli olaraq, digər nəhəng kenquru növləri rütubətli bölgələrdə 40 min il əvvələdək sağ qala biliblər.

Tədqiqat həmçinin Avstraliyanın digər nəhəng məxluqları - iki tonluq vombatlar və yırtıcı varanların da aqibətinə işıq salır.

Alimlər vurğulayırlar ki, məhz iqlim dəyişikliyi Avstraliya meqafaunasının məhvində əsas rol oynayıb. Bununla belə, sonrakı dövrlərdə baş verən yoxolmalarda insanların təsirinin nə dərəcədə mühüm olduğunu müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->