"Belə şeylərə fikir versəm, gərək daha yaşamayım. Onu elə gözəl anladım ki... Üzrxahlığa da yer qalmadı”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə Əməkdar artist Səbinə Babayevanın onu təhqir etməsinə münasibət bildirərkən deyib.
"Mənim səsimi tanımadı. Ola bilər, mən də ifaçıyam, kiminsə səsini tanımaya bilərəm. Əsas odur ki, məni hamı tanıyır. Gəlin hər şeyi problemə çevirməyək. Onsuz da zaman azdır, ömür qısadır. Onu da kiminləsə kin-küdurət saxlamağa xərcləməyək”.
Qeyd edək ki, Əməkdar artist Səbinə Babayeva həmkarı Nadir Qafarzadənin ifasını tanımayıb. Səbinə Babayevanın "On dəfə qulaq assam da, bilməyəcəyəm" fikrinə Nadir Qafarzadənin cavabı belə olub: "Səbinə, çox sağ olun. Siz ki, məni... Məni heç belə təhqir edən olmamışdı" deyərək, verilişi tərk etmək istəyib.
Bahar Rüstəmli
Şərhlər