Xəbər lenti

ABŞ-da
Dünya 23:37 29.04.2025

ABŞ-da "Wikipedia" tarixi manipulyasiya etməkdə ittiham olunur

Kolumbiya dairəsinin federal prokuroru Edvard Martin ABŞ tarixi ilə bağlı məlumatların manipulyasiya edilməsi və təhrif olunması səbəbilə populyar onlayn ensiklopediya "Wikipedia"ya qarşı rəsmi ittiham irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Prokuror Martin tərəfindən Wikimedia Fonduna göndərilən məktubda bildirilib ki, platformada ABŞ-ın əsas tarixi hadisələri, hazırkı və keçmiş siyasi liderlərin bioqrafiyaları və milli təhlükəsizliklə bağlı digər mövzularda məlumatlar sistematik şəkildə təhrif olunub. O, bu yanaşmanın fondun təhsil missiyasına zidd olduğunu qeyd edib.

Martin Wikimedia Fonduna informasiya yerləşdirilməsində şəffaflıq, hesabatlılıq və təhlükəsizlik prinsipləri ilə bağlı təxminən 10 sual ünvanlayıb və bu suallara may ayının ortalarına qədər cavab tələb edib.

Prokuror həmçinin araşdırma apararaq bu fəaliyyətlərin Wikimedia Fondunun vergidən azad qeyri-kommersiya statusunu pozub-pozmadığını müəyyən etmək niyyətindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->