Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə su verilişində fasilələr olacaq.
Qaynarinfo xəbər veri ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, şəhərin Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilələr yaranacaq.
Mayın 3-ü axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Şərhlər