"Putin bu sayaq populist addımlarla əhali arasında populyarlıq qazanmaq istəyir”.
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Elçin Şıxlı Rusiya Prezidenti Putinin Volqaqrad şəhərindəki Qumrak aeroportunun bundan sonra "Stalinqrad” adlandırılmasına verdiyi razılığı şərh edərkən deyib.
Ekspertin fikrincə, Putinin məntiqini anlamaq çətindir:
"30-40 il bundan əvvəl Stalin haqqında nəsə desəydi, o zamankı əhali bu təklifə hər halda tərəfdar çıxa bilərdi. İndiki halda isə belə addımın məntiqini anlamıram. Tarixdə Stalinqrad döyüşü baş verib. Yəni Volqaqrad döyüşü deyilən bir şey yoxdur. Ona görə Putin bəlkə də əhali arasında populyarlıq qazanmaq üçün bu addıma gedir. Bu isə populizmdən başqa bir şey kimi qəbul olunası hərəkət deyil”.
Kremlin gələcəkdə Volqaqrad şəhərinin adını da dəyişərək, Stalinqrad adlandırmalarına gəldikdə, ekspert qeyd etdi ki, bu Rusiyanın daxili məsələsidir:
"Bizi isə belə sarsaq şeylər maraqlandırmamalıdır. Özləri bilərlər. Necə adlandırmaq istəyirlər, qoy adlandırsınlar”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Volqaqradın Qumrak aeroportunun bundan sonra "Stalinqrad” adlandırılmasına razılıq verib. Bu barədə dövlət başçısının Volqaqrad şəhərinə səfərinin yekunları barədə danışarkən Prezidentin mətbuat katibliyi məlumat verib. Belə bir təklif isə Volqaqradın qubernatoru Andrey Boçarov tərəfindən səslənib. O iddia edib ki, yerli sakinlər bunu istəyir. Xüsusən də o, Ukrayna müharibəsində iştirak edən döyüşçülərin adını qeyd edib. Putin isə "onların sözü mənim üçün qanundur”, - deyib.
Amma xatırladaq ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin 2023-cü ildə keçirdiyi sorğulara görə, Volqaqrad əhalisinin 67 faizi şəhərin adının yenidən Stalinqrad adlandırılmasına qarşı çıxıb.
Rüfət Sultan
Şərhlər