Xəbər lenti

Maqazin 13:42 28.04.2025

"Qızım məşhur prokurorun nəvəsidir"

"Uşağım prokuror nəvəsidir. Amma indiyənə kimi onların heç bir köməkliyi olmayıb. Heç aliment belə almamışam".

Bu sözləri müğənni Əminə Şirin "Həftənin qonağı" verilişində deyib. O, ailə qurduğu şəxsin keçmiş prokuror Rəşid Həsənovun oğlu olduğunu deyib:

"Rəşid müəllimin indi də atamla gözəl münasibəti, əlaqələri var. Keçmiş prokuror Rəşid Həsənov uşağımın ata tərəfindən babasıdır. Biz o ailəyə həmişə yaxşı olmuşuq. Onun oğluna dörd qapı arasında anasından, bacısından yaxşı olmuşam. İllərdir alimenti tələb belə etməmişəm. Ayrılanda qapıma gəldilər ki, orada bir-iki şey var, qaytar. Bir kəlmə söz demədən qaytardım. Atam və anam hər şey edir mənə. Keçmiş həyat yoldaşım narkotikə görə həbs edilmişdi. Mən ondan qaçdım. Qaçmalı idim. 23 yaşlı qızın o qədər şeyə dözməyə gücü çatmadı. O indi dünyasını dəyişib, hər şeyi ona halal etdim".//Axşam.az 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->