ABŞ prezidenti Donald Tramp Amerika mediasını saxta sorğu keçirtməkdə ittiham edib.
Qayanrinfo xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ölkəmizdə artıq azad və ədalətli mətbuat yoxdur. Pis xəbərlər yazan, rəy sorğuları aparan mətbuatımız var. Media korrupsiyaya uğrayıb. Bu, kədərlidir", deyə Tramp bildirib.
Ağ Evin rəhbəri "John McLaughlin" tədqiqat şirkətinin qiymətləndirməsinə istinad edərək, sorğuları "saxta” adlandırıb. O, qəzetlərin "eşidilməmiş" rəqəmlər dərc etdiyini söylədi.
Bundan əvvəl "Associated Press" xəbər vermişdi ki, Trampın prezident kimi ilk 100 günü ABŞ sakinlərinin 70%-nin gözləntilərini doğruldub, respondentlərin 62%-i isə ABŞ-ın yanlış istiqamətdə getdiyini düşünür.
İlkin dəstəyə baxmayaraq, Trampın reytinqi aşağı düşüb, indi onun fəaliyyətini bəyənən vətəndaşların sayı azalıb. "The Hill"in xəbər verdiyi kimi, ABŞ prezidentinin reytinqi ikinci müddətə başladıqdan bəri rekord aşağı səviyyəyə düşüb.
Aydın
Şərhlər