Xəbər lenti

Xanəndədən Manaf Ağayavə cavab:
Maqazin 17:53 22.04.2025

Xanəndədən Manaf Ağayavə cavab: "Uşaqdır, bu sözü deyənlərin..."

"Bu gün Manaf Ağayevin dediyi toyxanalar da yoxdur. İndiki toyxanalar şadlıq evləridir, mahnıları da popurilərdir, qurub oxuyurlar. Müğənnilərin 99 faizi şadlıq evlərində fonoqrama ilə oxuyur. Elə bir müğənni deyin ki, o, fonoqramla oxumasın".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov müğənni Manaf Ağayevin ittihamını şərh edərkən deyib. 

O, xanəndələrin 95 faizinin toyxanalardan çıxdığını bildirib:

"Vaxtı ilə toyxana böyük bir məktəb idi. Orada bütün muğam dəsgahları oxunurdu. Bu gün efirə çıxan müğənnilərin əksəriyyəti fonoqram oxuyur. Xanəndələr isə efirə çıxanda canlı səsləri ilə oxuyurlar. Müğənnilər kimi mahnını studiyada yığıb, efirdə fonoqram oxumurlar. Müasir dövrümüzdə Manaf Ağayevin dediyi çadır toyxanaları yoxdur. Amma bu o demək deyil ki, xanəndə yetişməyəcək. Bu gün 3 pilləli təhsil sistemimiz var. Uşaq musiqi, orta ixtisas və ali ixtisaslı musiqi məktəbləri, orada da xanəndələr yetişdiririk. Muğam müsabiqələri bunun əyani sübutudur. Bu gün oranı bitirən tələbələr mükəmməl formada həm xanəndəlik edirlər, həm də müəllimlik".

Qəzənfər Abbasov əlavə edib ki, bayağı mahnılar oxuyan şəxs sənətkar ola bilməz:

"Bayağı mahnıları oxuyanları mən sənətkar hesab etmirəm. Onu hamı oxuya bilər. Milyonlarla tamaşaçı yığa bilərsən, amma sənətkar olmaq asan məsələ deyil. Mən o adama sənətkar deyirəm ki, mükkəmməl muğam biliyinə sahib olsun. Mükəmməl muğam biliyinə malik olmayanlar bayağı mahnıları nə qədər oxusalar da, mənim kimi xanəndənin xoşuna gəlməz".

"Toyxana görməyən ifaçı heç zaman sənətkar ola bilməz" ifadəsinə gəlincə, Qəzənfər Abbasov hesab edir ki, bu fikrin Manaf Ağayevlə bağlılığı yoxdur:

"Bu sözün Manafa aidiyyatı yoxdur. Manaf uşaqdır. Bu sözü deyənlərin nəvəsi yox ey, kötücəsidir. Bunu Cabbar, Seyid deyib. Mən Seyidin nəticəsiyəm". 

Qeyd edək ki, müğənni Manaf Ağayev açıqlamasında xanəndələri ağır ittiham edib: "Elə Xalq artistləri tanıyıram ki, toya daxil olanda heç bir şey edə bilmirlər. Sənətkarlar - Xan, Seyid, Cabbar, Arif Babayev, Dədə Süleyman da toyxanadan çıxıblar. Toyxana görməyən adam heç vaxt sənətkar ola bilməz".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->