III Dünya çüharibəsi narahatlıqları artarkən, ABŞ raket müdafiəsi üçün kəşfiyyat təyyarələrini lazer silahları ilə təchiz etməyə başlayıb. Bunun ilk nümunəsi isə kəşfiyyat məqsədli pilotsuz təyyarə olan "MQ-9B SkyGuardian" olub.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın bir silah şirkəti kəşfiyyat pilotsuz təyyarələrinə quraşdırıla bilən və raketləri havada əritməyə imkan verən, öz növündə ilk olan bir lazer təqdim edib.
"General Atomics" şirkəti bu ay Merilend ştatının National Harbor bölgəsində keçirilən "Sea Air Space 2025" tədbirində yeni müdafiə texnologiyasını tanıdıb. Şirkət avtonom kəşfiyyat, müşahidə və gözətçilik məqsədilə istifadə olunan "MQ-9B SkyGuardian" pilotsuz təyyarəsini məhz bu lazerlə təchiz edib.
Yeni lazer hazırda təxminən 25 kilovat enerji yayır ki, bu da kiçik hədəfləri zərərsizləşdirmək və ya məhv etmək üçün kifayətdir. Bu sistem ABŞ ordusuna aşağı dəyərli, tək istifadəli dronların böyük qruplarını məhv etməkdə kömək edə bilər.
Lakin "General Atomics" iddia edir ki, bu güc 300 kilovata qədər artırıla bilər və böyük təyyarələri və raketləri kritik infrastrukturlarını əritməklə və ya yandırmaqla məhv edə bilər.
Üstəlik, lazer həm nəbzli, həm də davamlı enerji partlayışları yaya bilir və istənilən mühitdə işləyə bilir. Tədbirdə MQ-9B-nin nümayiş məqsədilə hərbi gəmiyə doğru hərəkət edən İranın "Şahid" kamikadze PUA-larına bənzər hücum dronlarını lazerlə vurduğu video görüntüləri nümayiş etdirilib.
Lazerlə təchiz edilmiş bir pilotsuz təyyarənin kiçik hücum təyyarələrini və ya krater raketlərini məhv etmək üçün istifadəsi ABŞ ordusuna minlərlə dollar qənaət edə bilər. Çünki bu cür müdafiəni həyata keçirmək üçün hazırda bahalı və təkrar istifadə olunmayan raketlər atılır.
Aydın
Şərhlər