Xəbər lenti

Vüqar Əbdülov həbs olunacaq? - Hüquqşünas
Maqazin 17:29 23.04.2025

Vüqar Əbdülov həbs olunacaq? - Hüquqşünas

Meyxanaçı Vüqar Əbdülov 6 ay müddətində azadlıqdan məhrum edilə bilər.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahanın meyxanaçı Vüqar Əbdülova qarşı qaldırdığı məhkəmə iddiasının hüququ tərəflərini izah edərkən deyib. 

Vəkilin sözlərinə görə, əgər Vüqar Əbdülova qarşı irəli sürülən iddia məhkəmə qaydasında təsdiqini taparsa, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri, ya da altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Yəni təqsiri subuta yetirilərsə, 6 ay müddətində azadlıqdan məhrum edilə bilər".
 


Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Elza Seyidcahan qarşı tərəfi onun şeirlərini ələ salmaqda ittiham edib. 

"Şeirimin sözlərini səhv deyib: "tüpürüm sizin ağzınıza", "qazanı açdım, kəfini yedim". Mən də 102-yə zəng edib, onu polis idarəsinə gətizdirdim. Yaradıcılığımı təhqir etmişdi. Ona cinayət işi açılıb. Hələ də məhkəmə davam edir. Qoymaram ki, kimsə bunu təhqir etsinlər”-deyə bildirib.

Xatırladaq ki, Vüqar Əbdülov Elza Seyidcahanın şeirlərini ələ salaraq "Qazanı açdım, kəfini yedim”. Bu nədir? Vallah, qaytaracaqsan” sözlərini söyləyib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->