Xəbər lenti

Aşıq Namiqin törətdiyi qəza necə baş verib? (TƏFƏRRÜAT)
Maqazin 13:41 21.04.2025

Aşıq Namiqin törətdiyi qəza necə baş verib? (TƏFƏRRÜAT)

Aşıq Namiq törətdiyi avtomobil qəzasının təfərrüatlarını açıqladı.

Aşıq Qaynarinfo-ya açıqlamasında idarə etdiyi avtomobilə 5 min manat ziyan dəydiyini vurğulayıb:

"İki min manat isə ikinci maşına ziyan dəyib. Təki cana bir şey olmasın, dəmirdir də. Düzdür, 5 min manat da böyük puldur”.

Aşıq onun avtomobilinə çırpılan avtomobilin sürətlə gəldiyini deyib:

"İndi mən həm onun maşınını düzətdirməliyəm, həm də öz maşınımı. Təki canım sağ olsun, neyləyək, ölə də bilərdim”.

Qeyd edək ki, Aşıq Namiq ağır qəza törədib. 

Aşıq qəzanın görüntülərini "İnstagram” hesabında paylaşıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->