"Meyxana mənim üçün Əlyağa Vahid, Aydın Xırdalanlı, Vüqar Biləcərlili, Ağasəlim Çıldaq, Ağamirzə Məmmədovdur. Bu günləri meyxana yoxdur. Namiq Qaraçuxurlu meyxananı mahnı janrında oxuyub, sevdirib. Bu gün meyxana biraz mahnılaşıb amma bu o demək deyil ki, bütün müğənnilər gəlib meyxana oxumalı idi”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Afaqla 10lar” verilişində deyib.
Sənətçi savadına şübhə ilə yanaşan meyxanaçıları "keyxanaçı” adlandırıb:
"Mən bəzi meyxanaçıları "keyxanaçılar” adlandırıram. Əgər bir meyxanaçı ki, yazdığı şeiri dərk etmir və o sözləri ilə gənclərin tərbiyəsini pozur, "ç” hərifini "dzı” kimi tələffüz edir, "Jeep”ləri alıb, altına qoyur, biznes açıb, danışığını bilmir onun adı "keyxanaçıdır”. Bunu deməyə isə mənim ixtiyarım var. Bu gün mən Yazıçılar və Bəstəkarlar İttifaqının üzvü olaraq deməsəm o zaman ixtiyarım yoxdur o üzvlüyü daşımağa”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər