"People" jurnalının rəsmi saytında dərc olunan illik siyahıya əsasən, Hollivud aktrisası Demi Mur dünyanın ən gözəl qadını seçilib.
Qaynarinfo xəbər verir ki, 62 yaşlı aktrisa jurnalın yeni buraxılışının üz qabığını bəzəyib. O, zümrüd rəngli maksi don, iri qızılı sırğalar və bilərziklərlə kameralar qarşısına keçib. Stilist onun saçlarını yumşaq dalğalarla düzəldib, vizajist isə gümüşü göz kölgəsi, tuş və şaftalı tonlarında pomada ilə makiyaj edib.
Müsahibəsində Demi Mur öz xarici görünüşü ilə barışmağı və onu dəyərləndirməyi öyrəndiyini deyib:
"Bədənimin yaşadığı hər şeyi, məni bu günə gətirən bütün təcrübələri daha çox qiymətləndirməyə başlamışam. Bu o demək deyil ki, bəzən güzgüyə baxanda "Aman Tanrım, çox qocalmışam" və ya "üzüm sallanıb" kimi fikirlər keçirmirəm - keçirirəm. Amma mən artıq qəbul etmişəm ki, indiki halım budur. Bilirəm ki, xarici görünüş mənim dəyərimi və kim olduğumu müəyyən etmir".
Qeyd edək ki, bundan əvvəl də Demi Mur "Time" jurnalının tərtib etdiyi "ilin 100 ən nüfuzlu insanı" siyahısına daxil edilmişdi və jurnalda iki fərqli obrazla fotoqraf Edriyen Rakeelin çəkdiyi fotolarla təqdim olunmuşdu.
Aydın
Şərhlər