Xəbər lenti

Bakıda sahibkar qadınlar türk iş adamına görə dava etdi - İş məhkəməlik oldu
Ölkə 16:24 28.04.2025

Bakıda sahibkar qadınlar türk iş adamına görə dava etdi - İş məhkəməlik oldu

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 1979-cu ildə İranda doğulan, Türkiyə vətəndaşı olan, sahibkar Mania Nəcəfzadə barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

Sahibkar xanım İlahə Hacıyava adlı xanıma xəsarət yetirməkdə ittiham edilib. Onların arasında dava isə Türkiyə vətəndaşı, sahibkar Talıp Ağdemirə görə baş verib. 

Belə ki, Mania Nəcəfzadə Bakıdakı evini Talıp Ağdemirə müvəqqəti yaşamaq üçün verərək, İstanbula gedib. İlahə Hacıyava həmin evdə Talıp Ağdemirlə görüntülərini Mania Nəcəfzadəyə göndərib. Bundan qəzəblənən Mania Nəcəfzadə İstanbuldan Bakıya gələrək, İlahə Hacıyavadan polisə şikayət edib. 

Tərəflər polisdə qarşılaşıb, izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Bundan sonra Mania Nəcəfzadə əsəblərini cilovlaya bilməyib və İlahə Hacıyavanın sağ çiyin nahiyəsindən vuraraq, sağlamlığın uzun müddət pozulmasına səbəb olub, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurub. 

Məhkəmənin qərarı ilə sahibkar qadın barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->