Xəbər lenti

Dövlət Departamenti Rusiyanın sanksiyalardan qurtulmaq arzusuna sərt cavab verdi
Dünya 12:54 16.04.2025

Dövlət Departamenti Rusiyanın sanksiyalardan qurtulmaq arzusuna sərt cavab verdi

Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına qarşı sanksiyaları yalnız o halda ləğv edəcək ki, Rusiya Ukraynada atəşkəslə razılaşsın.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus brifinq zamanı Moskvaya qarşı sanksiya təzyiqlərinin azaldılması ehtimalını şərh edərkən bildirib. O, ABŞ-ın atəşkəsə nail olmaq istiqamətində işini davam etdirdiyini xatırladıb:

''Bu qətliam dayandırılmayana qədər heç bir danışıqlar, heç bir qərar, heç bir razılaşma olmayacaq''.

Bryus həmçinin bildirib ki, Sumı şəhərinə edilən ağır raket zərbəsindən sonra Vaşinqtonda sual yaranıb: əslində sülhə və atəşkəsə kim sədaqətlidir?
Məlum olduğu kimi, Moskva ABŞ sanksiyalarının ləğvinə fəal şəkildə çalışır və bunu Ukraynada, xüsusilə də Qara dənizdə atəşkəsə razılıq vermək üçün əsas şərt kimi irəli sürür.

Belə ki, Rusiya maliyyə qurumlarına – qida məhsulları və gübrələrin beynəlxalq ticarəti ilə məşğul olan banklara tətbiq olunan sanksiyaların aradan qaldırılmasını, beynəlxalq ödəniş sistemlərinə çıxışın bərpasını və dondurulmuş aktivlərin açılmasını tələb edir.

Bundan əlavə, Kreml ABŞ ilə aviasiya əlaqələrinin də bərpasını istəyir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->