Xəbər lenti

Ekonomiks 12:35 17.04.2025

"Yaşıl Kart" sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri

İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə məlumat yayıb.

Qeyd edilib ki, Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə "İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: "AtaSığorta” ASC, "Atəşgah” Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta” ASC,  "Meqa Sığorta” ASC, "Paşa Sığorta” ASC, "Qala Sığorta” ASC, "Xalq Sığorta” ASC.

Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->