Xəbər lenti

İKTA-ya şöbə müdiri təyin edildi
Ekonomiks 15:47 17.04.2025

İKTA-ya şöbə müdiri təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub.

Qeyd edək ki, kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik C.Atakişiyev bundan öncə RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.

O, Bakı Dövlət Universitetində bakalavr və Bakı Slavyan Universitetində magistr təhsili alıb. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun "Korporativ idarəetmə” proqramının məzunudur.

"Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı və 74-cü Beynəlxalq Astronavtika Konqresində RİNN tərəfindən kommunikasiya koordinatoru olub.

COP29 beynəlxalq tədbirində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə İKT və rabitə sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->