Xəyyam Əhmədlinin anası: "Hələ də oğlumun məzarına gedə bilməmişəm..."
"Hələ də oğlumun məzarına gedə bilməmişəm..."
Qaynarinfo xəbər verir ki, bu sözləri mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva deyib. O bu barədə "Xəzər axşamı" proqramına açıqlamasında bildirib.
Zöhrə Quliyeva ayaqlarında ağrılar olduğunu bu səbəbdən gəzə bilmədiyini deyib. O Xəyyam kimi oğulu itirdiyi üçün dərin kədər hissi keçirdiyini vurğulayıb:
"O anasından tez ayrıldı. Çox tez ayrıldı. Hələ 47 yaşı belə tamam olmamışdı".
Xatırladaq ki, meyxanaçı ötən ilin dekabrında uzun sürən xəstəlikdən sonra vəfat edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər