ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti "Karyera Həftəsi” başlanıb. Aprelin 23-ə qədər davam edəcək "Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.
ADA-nın hər il ənənəvi qaydada keçirdiyi "Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.
"Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev də çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək tövsiyələr verib.
ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş "Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi
internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
Şərhlər