Xəbər lenti

300 bal toplayan Səma bu universitetdə oxumaq istəyir
Ölkə 15:12 17.04.2025

300 bal toplayan Səma bu universitetdə oxumaq istəyir

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır. 

300 bal toplayanlardan biri Naxçıvan məktəblisi İsmayılova Səma Firəddin qızıdır. O, Naxçıvan şəhəri 11 saylı tam orta məktəbin şagirdidir.

Məktəbli Modern.az-a açıqlamasında bildirib ki, imtahan çox yaxşı keçdi, hazırlıq olmaq imtahanda çox yaxşı hiss etdirir”.

O bildirib ki, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyir:

"Təhsilimi maliyyə yaxud biznesin idarəedilməsi üzrə davam etdirmək istəyirəm. 700 bal toplamaq uğrunda çalışıram. Abituriyentlərə tövsiyə edirəm ki, çox yox düzgün çalışsınlar. Bu şəkildə imtahana hazırlaşmaq daha asan olur”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->