Xəbər lenti

Ançelotti bu tarixdə
İdman 16:07 17.04.2025

Ançelotti bu tarixdə "Real Madrid"i tərk edəcək

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti aprelin 26-da "Barselona" ilə keçiriləcək İspaniya Kral Kubokunun final oyunundan sonra postunu tərk edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Ançelotti İspaniya çempionatının qalan oyunlarında komandanı çalışdırmayacaq.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının 1/4 finalında London "Arsenal"ına uduzaraq, turnirdən kənarda qalıb (0:3, 1:2). Komanda İspaniya La Liqasında 31 turdan sonra 66 xalla ikincidir və lider "Barselona"dan 4 xal geri qalır. 

2013-2015-ci illərdə "Real Madrid"ə başçılıq etmiş Ançelotti 2021-ci ildə yenidən baş məşqçi postuna gəirilib. O, indiyədək "Kral Klubu" ilə La Liqanın (2 dəfə), Kral Kubokunun (2), İspnaiya Super Kubokunun (2), Çempionlar Liqasının (3), Avropa Super Kubokunun (3), klublararası dünya çemionatının (3) qalibi olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->