Almaniya ən böyük və birbaşa təhdid hesab etdiyi Rusiyaya qarşı müharibə hazırlıqlarına başlayıb.
Qayanrinfo xəbər verir ki, ölkə ordusunun sayının artırılması planlaşdırılır.
Almaniya Soyuq müharibədən bəri ilk dəfə Rusiya ilə tam ölçülü müharibəyə hazırlaşır. Hakimiyyətə gələn Fridrix Merz hökuməti ölkədəki hərbi qüvvələri gücləndirmək üçün işə başlayıb.
Koalisiya sazişi imzalayan Xristian Demokrat Birliyi (XDB) və Sosial Demokrat Partiyası (SDP) Moskvaya qarşı mövqeyin gücləndirilməsini vurğulayaraq Rusiyanı ən böyük və birbaşa təhdid adlandırıb.
Almaniya Baş Qərargah rəisi Karsten Breyer "Die Welt"ə verdiyi müsahibədə 2029-cu ilə qədər müharibəyə hazır olmaq lazım olduğunu bildirib: "Rusiya ilə tam ölçülü münaqişəyə girə bilmək üçün ordu sayımızı artırmalıyıq".
Alman "Handelsblatt" qəzetinin məlumatına görə, ordu və hərbi texnikanın daşınması üçün "Lufthansa" aviaşirkəti və "Deutsche Bahn" dəmiryolu şirkəti ilə danışıqlar başlayıb.
Hərbi hava qüvvələrinin mənbələrinə görə, mülavi aviaşirkətlər Rusiya ilə müharibə məqsədilə ordudakı PUA operatorlarına kömək edir.
Almaniya Silahlı Qüvvələrindən verilən açıqlamada deyilib: "Hərbi materialların müharibə zonasına çatdırılmasında mülavi şirkətlərə 100% etibar edilir".
Önümüzdəki illərdə Almaniyada 200 mini ehtiyat olmaqla ümumi 460 min hərbçi hədəflənir.
XDB 2011-ci ildə ləğv edilmiş məcburi hərbi xidmətin bərpasını təklif edib. Sosial Demokratlar isə könüllü xidmətin qorunmasını müdafiə ediblər.
SDP lideri Lars Klinqbeyl bildirib: "Hərbi xidməti cəlbedici işə çevirməliyik. Ordu personalına üstünlüklər təqdim edilməlidir".
Almaniya müdafiə naziri Boris Pistorius hər bir yetkin almanın hərbi xidmətə cəlb edilməsi, hətta qadınların da könüllü şəkildə orduya qəbul edilməsi fikrini irəli sürüb. Pistorius orduda ciddi kadr çatışmazlığı olduğunu və hazırda cəmi 182 min hərbçinin xidmət etdiyini vurğulayıb. Müdafiə naziri orduda kadr azalmasının dayandığını, lakin hər il minlərlə hərbçinin tərxis olunduğunu bildirib.
Alman hərbi tarixçi Zenke Naytsel hazırlıqları belə şərh edib: "Çox zabitimiz, az əsgərimiz var. Bunun əksini etməliyik".
O, məcburi hərbi xidməti dəstəkləyərək deyib: "Məcburi xidmət olmadan heç nə edə bilmərik".
Mart ayında keçirilən sorğuya görə, Almaniyanın müharibədə iştirakına yalnız 17% əhali dəstək verib. Keçmiş Şərqi Almaniya ərazisində isə ordunun reklamları qadağan edilib.
Bu hazırlıqlar Almaniyanın təhlükəsizlik strategiyasının dəyişdiyini və Avropada gərginliyin artdığını göstərir.
Aydın
Şərhlər