Xəbər lenti

Alim Paşa Muradov vəfat etdi (FOTO)
Ölkə 18:00 25.04.2025

Alim Paşa Muradov vəfat etdi (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində çalışan dosent Muradov Paşa Qurban oğlu vəfat edib.

Qaynarinfo xəbər verir ki, alim ötən gün 93 yaşında dünyasını dəyişib.

Paşa Muradov 1932-ci il mayın 25-də Naxçıvan MR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. 1949-cu ildə Naxçıvan C.Məmmədquluzadə adına iki illik pedaqoji institutun fizika-riyaziyyat fakültəsinə daxil olub. 1951-ci ildə həmin institutu bitirərək K.Marks ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil almağa başlayıb. 1955-ci ildə həmin institutu Statistika ixtisası üzrə bitirərək iqtisadçı ixtisasını alıb.

1972-ci ildə "Pambığın maya dəyəri və onun aşağı salınması yolları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini aııb. 1978-1980-ci illərdə Azərbaycan MK yanında Ali partiya məktəbinin kadr-ideologiyası fakültəsini bitirib.

05.07.2007-ci il tarixində Universitetin elmi şurasının qərarı ilə (protokol N 69) Statistika kafedrası üzrə professor fəxri adı verilib. 110 adda, 405,6 ç.v. həcmində elmi və metodiki əsərləri çap edilib.

Əmək fəaliyyəti:

18.08.1955-28.08.1956-cı illərdə Culfa rayon Statistika idarəsinin müdiri;
28.08.1956-08.05.1957-ci illərdə Culfa rayon İstehlak Cəmiyyətində ticarət işləri üzrə müavin;
15.05.1957-09.09.1959-cu illərdə Şərur rayon İstehlak Cəmiyyətində müfəttiş-təftişçi;
15.05.1959-09.12.1960-cı illərdə Şərur Pambıq təmizləmə zavodunda mühasib-təftişçi, istehsal müdiri;
05.12.1960-25.04.1967-ci illərdə Naxçıvan MR avtonəqliyyatı idarəsinin baş iqtisadçısı, müdir müavini;
25.04.1967-22.01.1968-ci illərdə Naxçıvan MR Maliyyə Nazirliyinin nəzarətçisi müfəttişi;
22.12.1967-22.04.1973-cü illərdə Naxçıvan MR üzümçülük-şərabçılıq trestinin plan-maliyyə şöbəsinin müdiri;
19.04.1973-29.08.1974-cü illərdə İliç rayonunun 3N-li tütünçülük sovxozunun direktoru;
01.09.1974-15.10.1975-ci illərdə Lenin ad. Azərbaycan Pedaqoji İnstitutunda saat hesabı müəllim;
16.09.1975-15.04.1977-ci illərdə Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili elmi tədqiqat institutunda baş elmi işçi;
04.1977-1979-cu illərdə D.Bünyadzadə ad. AzXTİ-nun ETŞ müdiri, eyni zamanda 1977-1979-cu illərdə «Statistika» kafedrasında saat hesabı müəllim;
04.1980-1983-cü illərdə «Statistika» kafedrasının müəllimi işləyib.

30.12.1983-2016-cı illərdə "Statistika" kafedrasının dosenti olub.

Allah rəhmət eləsin!
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->