Zaqatala sakinləri bazardakı qiymətlərdən şikayət edirlər. Sosial şəbəkələrdə tez-tez bu barədə paylaşımlar edilir. İddia edilir ki, hətta qiymətlər ətraf rayonlardan belə bahadır.
Sakinlərin sözlərinə görə, bu bazarda əvvəldən qiymətlər yüksək olub. Bahalıq istər məişət əşyalarında, istər qida məhsullarında hiss olunur. Bəzi məhsulların vətəni olsa da Zaqatalada məsələn cəvizlər bahadır. Bunu həmçinin ticarətlər məşğul olanlar da təsdiqləyir. Daşınmaz əmlak qiymətlərinə də eynisini şamil etmək olar. Satıcıların sözlərinə görə, bahalıq hər ötən il daha da artır. Burda şəhərdəki evlər 100 mindən 1 milyona qədərdir.
Araşdırmalarımıza əsasən, bazarda satılan oğanın bir kiloqramı 15-17, xalyar 27 manat, göyərtinin bir dəstəsi 50-60 qəpikdir. Əhali məhsulların kənardan gətirildiyi üçün baha olduğunu da düşünürlər.
Bəs mütəxəssizlər bu bahaçılığı nə ilə əlaqələndirir?
İqtisadçı ekspert Eyyub Kərimli Milli.Az-a bildirir ki, bu gün Zaqatalada müəyyən qiymətlərin baha olması kənar regionlardan gəlib orda yaşamaq istəyən insanların sayının çox olması və turistlik ərazi olması ilə əlaqədardır. Turistlik ərazi olması təbii ki, qiymətlərdə də öz əksini göstərir.
Şərhlər