Xəbər lenti

“Anlamırıq ki, Ermənistan hələ də bu strukturların saxlanmasında niyə maraqlıdır”
Ölkə 20:11 25.04.2025

“Anlamırıq ki, Ermənistan hələ də bu strukturların saxlanmasında niyə maraqlıdır”

"Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazilərimiz işğaldan azad edilib. Ona görə də Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistan da Minsk qrupunun ləğvi istiqamətində zəruri addımlar atmalıdır. Bu proses nə qədər tez həyata keçsə, ümumi mühitə və postmünaqişə dövründə normallaşma prosesinə bir o qədər müsbət təsir göstərəcək. Biz anlamırıq ki, Ermənistan hələ də bu strukturların saxlanmasında niyə maraqlıdır”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->