Xəbər lenti

Ermənistan sərhədçisi minaya düşərək öldü
Ölkə 19:33 25.04.2025

Ermənistan sərhədçisi minaya düşərək öldü

Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.

"Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
İnsident nəticəsində sərhədçi ölüb.

Hadisənin necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->