Xəbər lenti

Dünya 23:30 25.04.2025

"Boeing" problemlərə görə "inqilabi" təyyarənin hazırlanmasını dayandırdı

Amerikanın "Boeing" şirkəti X-66 tam ölçülü demonstratorunun yaradılmasını qeyri-müəyyən müddətə dayandırıb. Lakin şirkət layihənin əsas elementi olan "nazik qanad" texnologiyası üzərində işini davam etdirəcək.

Qaynarinfo "FlightGlobal"a istinadən xəbər verir ki, X-66 NASA ilə birgə "Sustainable Flight Demonstrator" proqramı çərçivəsində hazırlanan eksperimental təyyarədir. Təyyarə unikal uzun və çox nazik qanad quruluşundan istifadə edəcək.

X-66-nın konfiqurasiyası "Subsonic Ultra-Green Aircraft Reach" (SUGAR) adlı tədqiqatlar əsasında qurulub. Yeni qanad yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldaraq sərnişin təyyarələri üçün yeni standartlar təyin etməli idi. Layihənin son məqsədi dünya miqyasında uçuşlar üçün yeni nəsil "ekoloji təmiz" təyyarələr yaratmaq idi.

Hazırda eksperimental proqramın resursları "Boeing"in digər layihələrinə - xüsusilə də X-66 layihəsindən daha vacib olan geniş gövdəli "Boeing 777X" sərnişin təyyarəsinə kömək üçün istifadə olunacaq.

Analitik şirkət "Vertical Research Partners-dan Rob Stollar deyib: "737 Max və 777X-dən gələn gəlir olmadan "Boeing"in innovasiyalar üçün vəsaiti olmayacaq".

Keçən il "Boeing"in milyardlarla itki verdiyini bildirilmişdi. Şirkətin problemləri yalnız sərnişin təyyarələri ilə məhdudlaşmır - "Boeing"in müdafiə seqmenti də çətinliklərlə üzləşir. Ekspertlər əsas problemlər kimi 777X proqramının sınaqlarının gecikməsini və ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan T-7A təlim təyyarəsi ilə bağlı çətinlikləri qeyd ediblər.

Ekspertlər xəbərdarlıq edir ki, Donald Trumpın tarif müharibəsi ilə əlaqədar "Boeing" daha ciddi çətinliklərlə üzləşə bilər. Yaxınlarda Çinin "Boeing" təyyarələrinin tədarükünü dayandırmaq əmri verdiyi bildirilmişdi. Bu qərar, Amerikan məhsullarına 125% miqdarında gömrük rüsumlarının tətbiq edilməsindən sonra verilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->