Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş yükünün çoxluğu ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim sayının artırılması barədə qərar verilib.
Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov sözügedən məhkəməyə ezam olunub, fəaliyyətini burada davam etdirəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi yaş həddi ilə bağlı yaxın müddətdə təqaüdə göndəriləcək. Artıq onların icraatına yeni cinayət işləri verilmir.
Şərhlər