Xəbər lenti

Sabah səhər yağıntılar tədricən kəsiləcək
Ölkə 12:59 16.04.2025

Sabah səhər yağıntılar tədricən kəsiləcək

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->