Xəbər lenti

Müdir yağış sularını təmizləmək istəyərkən öldü
Ölkə 11:22 17.04.2025

Müdir yağış sularını təmizləmək istəyərkən öldü

Sabirabad rayonunda faciəvi hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 16-da rayonun Qaragüney kəndinin ərazisində yerləşən "AzOil” yanacaqdoldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.

Belə ki, Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->