Roma Papası Fransisk ölümündən əvvəl demək olar ki, bütün sərvətini - təxminən 200 min avronu - bir makaron fabrikinin ipoteka borcunun ödənilməsinə bağışlayıb. Fabrik Romada yeniyetmələr üçün həbsxanada yerləşir.
Qaynarinfo xəbər verir ki, bu haqda "The Economist" yazıb.
Papanın mesajı onun kilsəsinin əsl yerinin cəmiyyətin kənarında olması olub.
Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Pantifikin dəfn mərasimi dünən, aprelin 26-da baş tutub. Mərasimdə 250 mindən çox insan iştirak edib. Müqəddəs Pyotr Bazilikasından pontifikin dəfn olunduğu Santa Maria Maggiore Bazilikasına gedən yürüşdə daha 400 minə yaxın insan iştirak edib.
Mərasimə 160 nümayəndə heyəti, o cümlədən 60-dan çox dövlət və hökumət başçısı qatılıb. Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya da olub.
Aydın
Şərhlər