Xəbər lenti

Qəbirlərdən qızıl dişlər oğurlayırdı -  Saxlanıldı
Ölkə 15:53 24.04.2025

Qəbirlərdən qızıl dişlər oğurlayırdı - Saxlanıldı

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->