Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi Qara Dəniz Dövlət Liman Nəzarəti Komitəsinin görüşündə iştirak edib
Ekonomiks 18:49 24.04.2025

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi Qara Dəniz Dövlət Liman Nəzarəti Komitəsinin görüşündə iştirak edib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi İstanbul şəhərində Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi, Türkiyə Dəniz Administrasiyasının təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən Qara Dəniz Dövlət Liman Nəzarəti Komitəsinin görüşündə ölkəmizi təmsil edib. 

Tədbirdə Agentliyin Liman kapitanları şöbəsinin liman kapitanı Azər Qəniyev iştirak edib. 

Beynəlxalq tədbir çərçivəsində Qara Dəniz limanlarında Dövlət Liman Nəzarəti yoxlamalarının effektivliyinin artırılması, Dövlət Liman Nəzarət müfəttişlərinin təlimlərə cəlb olunması, balıqçı gəmilərində yoxlamaların aparılması istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Həmçinin tədbirdə xarici ölkələrdən olan digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparılıb və dövlət liman nəzarəti sahəsində gündəlik fəaliyyətimizə fayda verə biləcək yeniliklər barəsində müzakirələr edilib. 

DDLA-nın Liman kapitanları şöbəsinin liman kapitanı Azər Qəniyev Qara Dəniz Anlaşma Memorandumuna üzv ölkələrin müşahidəçi statusunda olan ölkələrlə təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->