Xəbər lenti

Ölkə 20:22 24.04.2025

"Avroviziya-2025"də Azərbaycan adından xalları o deyəcək

69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.

Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.

Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2011 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində "Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.

Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı "Mamagama” qrupu "Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->