Bakıda xanım sahibkarın vergi borcu 1 milyon manatı ötüb.
Qaynarinfo-nun məlumatına görə, "MEQA PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 726.521,68 AZN vergi borcu yaranıb.
"LIDER A PRO" MMC-nin isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 305.998,07 AZN vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan hər iki şirkətin baş direktoru və qanuni təmsilçisi Mahirə Xəlilzadə Vüqar qızıdır. Xanım sahibkarın sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.
Aydın
Şərhlər