Xəbər lenti

Dünya 21:33 24.04.2025

"Nissan" bir ildə 5 milyard dollar ziyan edib

Yaponiyanın "Nissan" avtomobil şirkəti 2024-cü maliyyə ilinin yekunlarına əsasən (il mart ayında başa çatıb) 700-750 milyard yen (təxminən 4,9-5,2 milyard dollar) həcmində zərər gözlədiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şirkət bu gözlənilən zərəri əsasən aktivlərin dəyərdən düşməsi və restrukturizasiya xərcləri ilə izah edir. Daha əvvəl "Nissan" illik zərərin təqribən 80 milyard yen (562 milyon dollar) olacağını proqnozlaşdırırdı.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->