Xəbər lenti

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək
Ölkə 19:36 24.04.2025

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı həmçinin "Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->