Xəbər lenti

Tramp Kiyevə kütləvi hücuma reaksiya verdi: “Dayan, Vladimir, yeri deyil”
Dünya 18:27 24.04.2025

Tramp Kiyevə kütləvi hücuma reaksiya verdi: “Dayan, Vladimir, yeri deyil”

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiya Federasiyasının Ukraynaya, o cümlədən Kiyevə endirdiyi son kütləvi hücuma münasibət bildirib. Hücum zamanı bir sıra dinc sakinlər həyatını itirib.

Qaynarinfo xəbər verir ki, Tramp özünün "Truth Social” platformasında bu cür hücumun zəruri olmadığını və tamamilə yersiz olduğunu yazıb.
 
O, eyni zamanda "Vladimir”ə müraciət edərək, döyüşləri dayandırmağa və müharibəni bitirəcək razılaşma bağlamağa çağırıb:

"Mən Rusiya tərəfindən Kiyevə endirilən zərbələrdən razı deyiləm. Bu, lazım deyildi və çox vaxtsız idi. Vladimir, dayan! Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!"

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->