ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin "Gucci" markalı çantasının oğurlanması ilə bağlı aparılan araşdırma çərçivəsində bir nəfər həbs olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalı araşdırmaya yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, yaxın vaxtlarda daha çoxsaylı həbslərin olacağı gözlənilir.
Rəsmilər hələlik bu məlumatı nə təsdiqləyir, nə də təkzib edirlər və araşdırmanın detalları açıqlanmır. ABŞ-ın Gizli Xidmətinin nümayəndəsi Entoni Qulielmi bildirib:
"Əməkdaşlarımızın təhlükəsizliyi naminə bu xəbəri hazırda nə təsdiqləyə, nə də təkzib edə bilərik. İttiham irəli sürüldüyü təqdirdə, Daxili Təhlükəsizlik Nazirliyi qüvvədə olan prosedurlara uyğun olaraq ictimaiyyətə məlumat verəcək".
Qeyd edək ki, Gizli Xidmət dövlətin yüksək vəzifəli şəxslərinin, o cümlədən nazir Kristi Noemin mühafizəsini təmin edir.
Nazirə məxsus çanta 20 aprel tarixində, Pasxa bazar günü Vaşinqtondakı "The Capital Burger" restoranında ailə üzvləri ilə nahar etdiyi zaman oğurlanıb. Restoranda Gizli Xidmətin əməkdaşları da olub, lakin oğurluq faktı yalnız zalda quraşdırılmış videokameraların görüntülərinə baxıldıqdan sonra müəyyən edilib. Çoxsaylı mənbələrin məlumatına görə, "Gucci" çantasında 3 min ABŞ dolları nağd pul, Kristi Noem-in adına sürücülük vəsiqəsi, dərman preparatları, mənzil açarları, pasport, Daxili Təhlükəsizlik Nazirliyinə giriş kartı, kosmetik vasitələr və çek kitabçası olub.
Aydın
Şərhlər