Xəbər lenti

Sərxan Hacıyev:
İdman 18:01 27.04.2025

Sərxan Hacıyev: "İstanbulda UEFA-nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi"

İstanbulda UEFA-nın nümayəndəliyinin açılması Türkiyədə baş tutacaq nüfuzlu turnirlərlə əlaqədar tərəflərin əməkdaşlığının tərkib hissəsidir.

Qaynarinfo xəbər verir ki, bunu "Report”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA-nın Türkiyədə nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunan tədbirdə iştirakı ilə bağlı deyib.

Qurum rəsmisi UEFA-nın qardaş ölkədə müxtəlif layihələr həyata keçirəcəyini vurğulayıb:

"Türkiyə Futbol Federasiyası tədbirin yüksək səviyyədə təşkil olunması üçün əlindən gələni etmişdi. Bildiyiniz kimi, 2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə isə UEFA Konfrans Liqasının final oyunu qardaş ölkədə keçiriləcək. Bundan başqa, 2032-ci ildə Avropa çempionatına Türkiyə və İtaliya birgə ev sahibliyi edəcək. Bu nüfuzlu tədbirlərlə bağlı UEFA ilə Türkiyə arasında sıx əməkdaşlıq işləri görüləcək. Həmçinin regionda futbolun inkişafı ilə bağlı UEFA-nın müxtəlif layihələri olacaq. İstanbul nümayəndəliyinin açılması da bunların tərkib hissəsi idi”.

S.Hacıyev tədbirdə UEFA, həmçinin Türkiyə prezidenti ilə yanaşı, bir sıra ölkələrin Futbol Federasiyalarının rəhbərlərinin iştirak etdiyini söyləyib:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin açılış mərasimində iştirak etdi. O, öz xeyir-duasını verdi, nümayəndəliyə fəaliyyətində uğurlar arzuladı. Həmçinin tədbirdə UEFA prezidenti Aleksander Çeferin və bir sıra Avropa və Asiya Futbol Federasiyalarının rəhbərləri iştirak etdi”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->