Mərkəzi Florida Universitetinin alimləri Neptunun orbitindən kənarda yerləşən uzaq buzlu cisimləri - transneptun obyektlərini (TNO) araşdıraraq Günəş sisteminin formalaşmasını anlamaq sahəsində mühüm addım atıblar.
Qaynarinfo xəbəe verir ki, ədqiqat "The Astrophysical Journal Letters" (AJL) jurnalında dərc olunub.
Ceyms Uebb Kosmik Teleskopunun imkanlarından istifadə edən tədqiqatçılar TNO səthində metanol izləri aşkar ediblər və bu da bu obyektləri iki fərqli qrupa ayırmağa imkan verib. Birinci qrupda metanol əsasən səth altında cəmləşib, daha uzaqda yerləşən ikinci qrupda isə onun izləri çox zəif olub. Bu fərqlər erkən Günəş sistemində baş verən kimyəvi prosesləri daha dərindən anlamağa kömək edir və həyatın mənşəyi ilə bağlı yeni suallar doğurur.
"Metanol - kometaların və TNO-ların tərkibində rast gəlinən sadə üzvi birləşmədir və bu, sistemimizin formalaşması zamanı və ya hətta ulduzlararası məkanlardan miras qalan qədim bir inqrediyent ola bilər", deyə araşdırmanın rəhbərlərindən biri, professor Noemi Pinilya-Alonso bildirib.
Kosmik radiasiyanın təsiri altında metanol yeni birləşmələrə çevrilir və bu buzlu dünyaların milyard illik təkamülü haqqında "kimyəvi yaddaşı" qoruyub saxlayır.
Alimlər qeyd edirlər ki, TNO-lar bir növ "zaman maşını"dır və planetlərin formalaşma tarixinə nəzər salmağa imkan verir. Xüsusilə, soyuq klassik TNO-lar - formalaşdıqları dövrdən bəri demək olar ki, hərəkət etməmiş obyektlər - son dərəcə qiymətli araşdırma materialı sayılır.
Aydın
Şərhlər