Dünya çempionatına hazırlaşan minifutbol üzrə Azərbaycam millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub.
Qaynarinfo xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda təmsilçimiz bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıb.
Yığma üzvü üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30-da start götürəcək yarışda milli ilə yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.
Şərhlər