"Yatanda da fikir çəkirik ki, sel aparacaq" (VİDEO)
Son günlər yağan leysan yağışlar və sel suları Xaçmaz rayonunda torpaq sürüşməsinə səbəb olub.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Qudyalçayına gələn sel suları şəhərin Fətəli xan Xoyski küçəsinin bir hissəsini yuyub, yol yararsız vəziyyətə düşüb.
Sakinlər sel təhlükəsinin hələ də davam etdiyini və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu bildiriblər:
"Yatanda da fikir çəkirik. Adam qorxur ki, sel aparacaq. Sel suları getdikcə yaxınlaşır”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər