Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təlim və Simulyasiya Mərkəzinin direktoru Aytən Rzayeva işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə sözügedən vəzifəyə Səfərova Ayşən Oruc qızı təyin edilib.
Qeyd edək ki, Ayşən Səfərova bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İnzibati idarəetmə şöbəsinin kadrlarla iş üzrə baş məsləhətçisi vəzifəsində çalışıb.
Aydın
Şərhlər