"Turan Tovuz" Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib.
Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turunun "Araz-Naxçıvan"la görüşündə qeydə alınıb.
Qərb klubu 103-cü matçında 30-cu sülhə imza atıb - 1:1. Bu bərabərliklərdən 12-si evdə, 18-i səfərdə gerçəkləşib.
Qeyd edək ki, "Turan Tovuz" ölkə çempionatları tarixində ən azı 30 heç-heçə edən 23-cü komandadır.
"Araz-Naxçıvan" isə Azərbaycan çempionatlarında 100-cü qolunu vurub. "Turan Tovuz"la ev görüşündə vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
"Araz-Naxçıvan" "100"ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.
Şərhlər