Dünyanın ən məşhur şəhərlərindən biri sayılan Nyu Yorkda qeyri-adi bir hadisə maraqla qarşılanıb.
Amerikada yaşayan azərbaycanlı gənc Kənan, Sovet istehsalı olan və Azərbaycanda daha çox "07” kimi tanınan VAZ 2107 markalı avtomobili ilə şəhər küçələrində dolaşaraq yerli sakinlərin və turistlərin diqqətini öz üzərinə çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, "07"nin "Times Square" və "Brooklyn" körpüsü ətrafında sürülməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Hadisənin qəhrəmanı Kənan bildirir ki, bu avtomobil onun üçün yalnız bir nəqliyyat vasitəsi deyil, həm də doğma vətəni ilə bağlarını qoruyub saxlayan bir dəyərdir.
"Bu maşını burada sürmək həm maraqlıdır, həm də qürurverici. Nyu Yorkda çoxları bu avtomobilə maraqla baxır, şəkil çəkdirir, suallar verir. Mən də çalışıram ki, vətənimizin ruhunu burada hiss etdirim”,-deyə Kənan bildirir.
Kənan adlı gəncin "07” ilə şəhərdə gəzdiyi anlar sosial şəbəkələrdə minlərlə baxış və paylaşımla qarşılanıb.//Musavat.com
Şərhlər