Xəbər lenti

ABŞ-ın danışıqlardan çıxması sülhə olan ümidləri məhv edə bilər -
Dünya 11:10 19.04.2025

ABŞ-ın danışıqlardan çıxması sülhə olan ümidləri məhv edə bilər - "Reuters"

Seçki kampaniyası zamanı Donald Tramp Ukraynadakı müharibəni vəzifəyə başladıqdan bir gün sonra bitirəcəyinə söz vermişdi. Sonradan ritorikasını yumşaldaraq yaz aylarında razılaşmaya nail olacağını demiş, lakin ciddi maneələrin olduğunu da etiraf etmişdi. Hazırda isə ABŞ lideri danışıqlar prosesindən çıxmaq barədə düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.

Tramp Kiyev və Moskvanı danışıqlar masasına əyləşdirməyə çalışaraq "qamçı və kökə” siyasəti tətbiq edib: ya Rusiyaya qarşı sərt sanksiyalar, ya da Ukraynaya hərbi yardımın azaldılması.

Hər iki tərəf Səudiyyə Ərəbistanında ABŞ-ın vasitəçiliyi ilə danışıqlarda iştirak edib. Nəticədə atəşkəsin qismən əldə olunmasına nail olunub, lakin tam sülh baş tutmayıb. Bu fonda müharibə davam edir – Rusiyanın Sumı şəhərinə son hücumu 35 nəfərin həyatına son qoyub. Tramp bu hücumu "səhv” adlandırıb.
İnsayder mənbələr bildirir ki, Tramp dalana dirənmiş vəziyyəti nəzərə alaraq danışıqları davam etdirməyə dəyib-dəymədiyi mövzusunda artıq tərəddüd edir. ABŞ rəsmilərindən biri qeyd edib ki, Marko Rubionun son şərhləri Trampın məyusluğunu və bu müharibənin tezliklə onunla şəxsən əlaqələndirilə biləcəyindən ehtiyat etdiyini əks etdirir.

Vaşinqtonun vasitəçi rolundan imtina etməsi halında sülhə nail olmaq perspektivləri daha da zəifləyə bilər – çünki heç bir başqa dövlətin münaqişənin hər iki tərəfinə bu qədər təsiri yoxdur.

ABŞ-ın bu münaqişəyə dair siyasətinin gələcəkdə necə formalaşacağı hələlik bəlli deyil. İki mümkün senari var: ya Kiyevə dəstəyin və Moskvaya qarşı sanksiyaların davam etdirilməsi, ya da Ukraynaya yardımın tamamilə dayandırılması.

Cümə axşamı Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin artıq gələn həftə imzalanacağını gözlədiyini bildirib. Parisdəki danışıqlardan sonra Rubio bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə ABŞ-ın sülh planının əsas komponentlərini onunla bölüşüb.

Bu arada Putin Kiyevin qəbuledilməz saydığı şərtləri irəli sürüb: NATO-ya üzvlükdən imtina, Rusiyanın dörd region üzərində nəzarətinin tanınması və Ukrayna ordusunun say tərkibinə məhdudiyyətlər – bu, faktiki olaraq ultimatumdur.

Rubio bildirib ki, razılaşmaya nail olunmasında əsas rolu Avropa dövlətləri oynayacaq, çünki əsas sanksiyaları onlar tətbiq ediblər və ehtimal ki, sülh naminə həmin sanksiyalar aradan qaldırılmalıdır.

Parisdə ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri məsələsi də gündəmə gəlib. Rubio bunun "hamı üçün qənaətbəxş şəkildə həll edilə biləcəyini” desə də, əlavə edib: "Qarşımızda ciddi çağırışlar var, onlarla hesablaşmalıyıq”.

18 aprel tarixində ABŞ dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, əgər real irəliləyişlər müşahidə olunmasa, Vaşinqton Ukrayna ilə bağlı danışıqlar prosesindən "əllərini yumaqla” çıxa bilər.

Trampın özü də sonradan bildirib ki, əgər tərəflərdən biri razılaşmaların əldə olunmasına mane olarsa, Vaşinqton Ukrayna üzrə sülh danışıqlarında iştirakını dayandıra bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->