Xəbər lenti

Macaristan Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı
Dünya 17:34 29.04.2025

Macaristan Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasına səs verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto məlumat verib.

"Macaristan parlamenti az öncə Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa səs verdi. Bu qərarla biz artıq qərəzli və nüfuzunu itirmiş siyasi alətə çevrilmiş bir institutun iştirakçısı olmaqdan imtina edirik”, – deyə o bildirib.

Bu ilin aprel ayının əvvəlində ölkənin baş naziri Viktor Orbanın Macarıstanın BCM-dən çıxması ilə bağlı qərar imzaladığı bildirilmişdi. Ölkənin təşkilatdan çıxması barədə açıqlama İsrailin baş naziri Benyamin Netanyahunun Macarıstana səfəri ilə eyni vaxta təsadüf edib. 

Məlumdur ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı kimi bu məhkəmənin verdiyi həbs qərarlarını icra etməyə hüquqi cəhətdən borclu idi. Buna görə də Macarıstan Netanyahunu həbs etməli idi, lakin Orban həmin vaxt bunun baş verməyəcəyini bəyan etmişdi.

Xüsusilə, baş nazir MCM-in Netanyahunun Qəzza zolağında ehtimal edilən hərbi cinayətlərə görə həbsinə dair qərarını pisləmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->